ABŞ-ın neft ehtiyatları azalıb

4 Fevral 2021 11:01

Ötən həftənin yekunlarına görə ABŞ-ın kommersiya neft ehtiyatları 994 min. barel azalaraq 475 659 min barel təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,3 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Milli.Az