Ukraynada İES partladı, şəhər qaranlığa büründü - VİDEO

4 Fevral 2021 09:55

Ukraynada Enerqodar şəhərində istilik elektrik stansiyasında partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış nəticəsində elektrik enerjisi kəsilib, şəhərin yarısı qaranlığa qərq olub.

Bundan başqa, su və internetin kəsildiyi də bildirilib. Şəhər əhalisinə pəncərələri qətiyyən açmamaq barədə xəbərdarlıq olunub.  

Partlayışın ardınca İES-də yanğın qeydə alınıb. Yanğının söndürülməsinə beş yanğınsöndürən maşın cəlb edilib.

Milli.Az