ABŞ-da Milli Qvardiyanın 3 hərbçisi helikopter qəzasında həlak olub

4 Fevral 2021 08:03

ABŞ-ın Aydaho ştatında Milli Qvardiyaya məxsus "UH-60 Black Hawk" hərbi helikopter qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qvardiyanın "facebook" səhifəsində məlumat yerləşdirilib.

Qeyd edilib ki, hadisə Liki-Pik çəhərinin cənubunda baş verib. Qəza nəticəsində helikopterin göyərtəsində olan 3 pilot həlak olub.

Milli.Az