Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ!

3 Fevral 2021 20:35

Fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək. 

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.

Məlumata əsasən fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq. 

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Milli.Az