Bakıda saç əkdirmək neçəyədir?

18 Yanvar 2012 12:41
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, Bakı həkimlərinin əksəriyyəti bu sahədə ixtisaslaşmaq üçün xaricə yollanır. Yerli klinikaların əksəriyyətində isə həkimlərə pasiyentlərin tökülmüş saçının yerinə tükün ağrısız və effektiv əkilməsini təmin edən müasir avandanlıqlar var.

Hələ 10 il əvvəl Azərbaycanda kişilər keçəlləşməyə görə xüsusi narahatlıq keçirmirdilərsə, indi vəziyyət fərqlidir. Həkimlər bildirirlər ki, bu gün kişilər xarici görünüşlərindən ötrü qadınlardan heç də az narahatlıq keçirmirlər.

Bəs saç əkdirmək neçəyə başa gəlir? Həkimlər bildirirlər ki, bunun üçün pasiyent əvvəlcə hepatit və qanın laxtalanmasının yoxlanılması üçün analiz verməlidir. Bu analizlərin qiyməti yaşa əsasən, 30-100 manat arasında dəyişir.
Saçların bərpasına gəlincə, bu, insan bədəninin digər hissələrindən götürülən tüklər hesabına həyata keçirilir. Əməliyyat iki mərhələdə aparılır. İlk mərhələdə 68 saat ərzində başa təxminən 35 000 tük əkilir. İkinci mərhələdə isə 45 saat ərzində daha 1000-dək tük əkilir.

Bundan sonra başa 2 həftədən 2 ayadək istirahət verilməlidir. Saçların tam bərpası təxminən 3 aya başa gəlir.
2-3 tükün bitdiyi 1 kökün əkilməsi 1 manatdır. Saç əkildikdən sonrakı ikinci ayda böyüməyə başlayır.
Mütəxəssislər bildirirlər ki, əkilmiş tüklər heç zaman tökülmür və insanın ömrünün sonunadək böyüməyə davam edir.

Saç əkdirmək istəyənlərin keçməli olduqları digər prosedurlar və onların qiyməti belədir:

Aparat vasitəsilə diaqnostika - 10 manat
"D'Arsanval" - 5 manat
Vakuum - 5 manat
Preparatlı ionoford - 10-30 manat
Mikrocərəyan terapiyası - 5 manat
Baş dərisinin aparatla pilinqi - 5 manat
Saç follikullarının stimullaşdırılması üçün lazerlə darama - 7 manat
Masaj - 7 manat
Mezoterapiya - 40-100 manat

Milli.Az