Gürcüstanın turizm gəlirləri keçən il 3 milyard dollar azalıb

3 Fevral 2021 19:07

Gürcüstanın keçən il turizmdən gəlirləri 3 milyard dollar azalıb. Bu azalmaya koronavirus pandemiyası səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze deyib.

O bildirib ki, COVID-19 pandemiyası ən böyük zərəri Gürcüstanın turizm sahəsinə vurub. İqtisadiyyatı turizmdən asılı olan ölkələrin iqtisadi bərpası gözləniləndən daha çox vaxt tələb edə bilər.

Milli.Az