Kəramət Böyükçöldən Damlaya gözlənilməz etiraf - FOTO

3 Fevral 2021 17:04

Müğənni Damla yazıçı Kəramət Böyükçölün "Çöl" adlı kitabını alıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, yazıçı "Facebook" hesabında Damla ilə fotosunu paylaşaraq, ona sevgisini Xalq şairi Hüseyn Arifin məşhur "Ləzgi qızı" şeiri ilə bildirib:

Heyif, gürcü qızı sənin gəncliyin
Hüseynin qocalan vaxtına düşdü

Damla isə, "Instagram" hesabında foto paylaşaraq, "musiqiylə sözü barışdırdıq", şərhini yazıb.

Milli.Az