Uqandada yol qəzasında 32 nəfər öldü

3 Fevral 2021 16:20

Uqandada ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün "Daily Monitor" qəzeti məlumat yayıb.

Qəza ötən gün Uqandanın qərbində, təmir işləri aparılan yolda baş verib.

Beş avtomobilin toqquşması nəticəsində ən azı 32 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. 

Milli.Az