ABŞ təyyarə daşıyan gəmilərini Yaxın Şərqdən geri çəkdi

3 Fevral 2021 11:40

ABŞ təyyarə daşıyan gəmilərini Yaxın Şərqdən aparıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) mətbuat katibi Con Kirbi bu barədə məlumat verib.

Bildirilib ki, təyyarə daşıyan gəmilər Hind-Sakit okeanları hövzəsinə dislokasiya edilib.

Qeyd edək ki, bu gəmilər Tramp administrasiyası dönəmində İranla gərginlik artandan bəri təqribən 9 ay idi ki, Yaxın Şərq regionunda yerləşdirilmişdi.

Milli.Az