"Küsülü deyilik, amma görüşmürük"

3 Fevral 2021 09:17

Türkiyəli aktrisa Serenay Sarıkaya keçmiş sevgilisi Cem Yılmazla barışması barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa sevgili olmadıqlarını açıqlayıb:

"Bir fotonu bəyənmişəm deyə, belə söz-söhbətlərin çıxması düzgün deyil. Normal bir şeydir. Küsülü deyilik, amma görüşmürük".

Qeyd edək ki, aktrisanın Cem Yılmazın sosial şəbəkədə şəklini bəyənməsi barışıq xəbərlərinin yayılmasına səbəb olmuşdu.

Milli.Az