Aleksey Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib

2 Fevral 2021 22:22

Moskva məhkəməsi rusiyalı müxalifət lideri Aleksey Navalnının "Yves Rocher" işi üzrə şərti cəzasını ləğv edib və onu 3,5 illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsində keçirilən iclasda qərar verilib.

Milli.Az