“Qarabağ”a yeni mətbuat katibi təyin edildi - FOTO

2 Fevral 2021 20:48

"Qarabağ" futbol klubuna mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.

Bu barədə futbol klubunun "Facebook" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, klubun mətbuat xidməti rəhbəri vəzifəsini jurnalist Gündüz Abbaszadə icra edəcək.

Milli.Az