"Tesla" 135 minə yaxın avtomobili geri çağırıb

2 Fevral 2021 19:48

ABŞ-ın "Tesla" elektrik avtomobil şirkəti ölkədə 135 minə yaxın avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar mərkəzi monitorda qeydə alınan qüsurlarla əlaqədar verilib.

Qeyd olunur ki, nasazlıq nəticəsində arxa kameranın görüntüsü mərkəzi monitorda qeydə alınmaya bilər.

Geri çağırılma 2012-2018-ci illərdə istehsal olunmuş "Model S" və 2016-2018-ci illərin "Model X" modellərinə şamil olunur.

Milli.Az