Fransanın Nant şəhərində əlində qılınc olan şəxs polisə hücum edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, əlində kəsici alət olan şəxs polislərdən birinə bud və qasıq nahiyəsindən xəsarət yetirib.
Qeyd olunur ki, polislər hadisə yerinə ailə üzvləri arasında baş verən insident səbəbi ilə gəlib.
Hüquq mühafizə orqanlarına müqavimət göstərən şəxs saxlanılıb.
Milli.Az