Poçettinodan Messi açıqlaması

2 Fevral 2021 18:04

PSJ-nin baş məşqçisi Maurisio Poçettino "Barselona"nın forvardı Lionel Messinin Paris təmsilçisinə mümkün transferi barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib: "Klubun inkişaf strategiyası var. Messini çalışdırmaq fürsəti tapsam, çox yaxşı olar. Ancaq olmasa, bu, problem deyil.

Leo və mənim "Nyuells"ə sevgimiz var. İkimiz də bu klubun formasını geyinmişik. Nələrin olacağını görəcəyik. Yollarımızın kəsişib-kəsişməyəcəyini heç kim bilmir".

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi bu mövsümün sonu başa çatır.

Milli.Az