Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 59,9 milyon dollar olub

2 Fevral 2021 17:46

Fevralın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən Milli.Az-a bildirilib ki, hərracda tələb 59,9 milyon ABŞ dolları olub və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Milli.Az