ABŞ-da peyvənd olunanların sayı yoluxanların sayını ötdü

2 Fevral 2021 15:53

ABŞ-da 26 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub.

Milli.Az yeniavaz.com-a istinadla xəbər verir ki, bu günə qədər ABŞ-da 26,5 milyon nəfərə COVİD-19 vaksini vurulub.

Həmin ölkədə 26,2 milyon insan isə yeni növ koronavirusa yoluxub. 454 min 213 nəfər isə COVİD-19 səbəbilə vəfat edib.

Milli.Az