Daha 9 erməni hərbçinin meyiti tapıldı

2 Fevral 2021 11:35

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 9 erməni hərbçinin meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cəsədlər Füzulidə aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Hazırda axtarış işləri Hadrut ərazisində aparılır.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 354-ə yüksəlib.

Milli.Az