Yaponiya səfiri Şuşanın simvolu ilə efirə çıxdı

2 Fevral 2021 12:46

İTV-də yayımlanan "Bol İdman" verilişinib dünənki buraxılışının qonağı Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, diplomat bu yay Tokioda keçirilməsi gözlənilən Yay Olimpiya Oyunları ilə bağlı fikirlər səsləndirib.

Maraqlıdır ki, Yaponiya səfiri verilişə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın rəmzi olan xarıbülbülün broşu ilə çıxıb.

Milli.Az