Çində koronavirusla bağlı son vəziyyət

2 Fevral 2021 09:55

Çində son sutka ərzində 30 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

"Qafqazinfo" bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 594-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 83 376 xəstə sağalıb.

Ölkədə 1 582 aktiv koronavirus xəstəsi var ki, onlardan da 72-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az