Brüssel metrosunda sərnişinlərə silahlı hücum: 5 nəfər yaralandı

2 Fevral 2021 09:39

Brüsselin Molenbek kommunasında yerləşən "Zapadnı Vokzal" metro stansiyasında sərnişinlərə bıçaqla hücum edilib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Cinayətkarın polis tərəfindən zərərsizləşdirildiyi bildirilib. 

Hadisənin motivləri araşdırıldıqdan sonra yerli polis baş verənlərin terrorla əlaqəli olmadığını bildirib. 

Milli.Az