Myanmada ordu komandanı 11 naziri yeniləri ilə əvəzlədi

2 Fevral 2021 09:28

Fevralın 1-də Myanmada hakimiyyətə gələn hərbçilər 11 kabinet nazirini dəyişdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Myavadi" ordu xəbər portalı məlumat yayıb.

Myanma Silahlı Qüvvələrinin Baş Komandanı Min Aunq Hlayn tərəfindən imzalanan əmrə əsasən, 11 nazirlə yanaşı, 24 nazir müavini də istefaya göndərilib.

Digər sərəncamla həmin yerlərə yeni nazir və nazir müavinləri təyin olunub. 

Milli.Az