Rusiyada bir ailənin 4 üzvü öldü

2 Fevral 2021 09:17

Rusiyanın Stavropol dairəsində ikisi uşaq olmaqla bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bölgə prokurorluğu məlumat verib.

Hadisə Jeleznovodskda qeydə alınıb. Uşaqlardan biri 2009-cu il təvəllüdlü oğlan, digəri isə 2014-cü il təvəllüdlü qızdır. 

Rusiya İstintaq Komissiyasının bölgə üzrə şöbəsində Federasiya Cinayət Məcəlləsinin 109-cu maddəsi ("Səhlənkarlıqla ölümə səbəb olmaq") ilə cinayət işi başlanılıb. 

Milli.Az