“Simpsonlar”ın müəlliflərindən biri koronavirusun qurbanı oldu - FOTO

2 Fevral 2021 08:18

Məşhur "Simpsonlar" cizgi serialının 2002-2015-ci illərdəki kollektivində prodüser və müəlliflərdən biri olan Mark Vilmor koronavirusdan həyatını itirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə onun qardaşı Larri Vilmor "Twitter" hesabında yazıb.

57 yaşlı Mark Vilmorun yanaşı xəstəliklərinin də olduğu bildirilir.

O, məşhur cizgi serialının 12 bölümünü qələmə alıb.

Milli.Az