Xalq artisti Aygün Kazımova illərdir küsülü olduqları haqda söhbətlər yayılan həmkarı Röya Ayxandan danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "ATV maqazin onlarla" proqramında ona bunla bağlı ünvanlanan sualı cavablandırıb.
Kazımova uzun müddət əvvəl məkanların birində Röya ilə qarşılaşdıqları və barışdıqları söhbətlərinə münasibət bildirib:
"Küsülülük hissləri duymuram. Haradan götürmüsüz ki, biz küsülüyük? Elə hisslər yaşamıram. Bəlkə, Röya məndən küsüb, uman yerdən küsərlər. Başqa cür küsməyə haqqı yoxdur. Çünki ondan böyüyəm".
Milli.Az