İctimai Televiziyada Milli Məclislə bağlı veriliş olacaq

1 Fevral 2021 12:37

İctimai televiziyada "parlament saatı" adlı veriliş olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bununla bağlı razılaşma əldə olunub və yaxın zamanlarda İctimai Televiziyada həftədə bir dəfə "parlament saatı" adlı veriliş fəaliyyətə başlayacaq.

S.Qafarova həmçinin bildirib ki, Milli Məclisn internet saytı da yeni dizaynda fəaliyyətə başlayıb.

Milli.Az