Şuşadakı Cavanşir xan sarayı - Məşhur fotoqraf paylaşdı - FOTO

1 Fevral 2021 12:04

Dünyaca məşhur fotoqraf Reza Deqati "Instagram" səhifəsində Şuşa şəhərindəki Cavanşir xan sarayının hazırkı vəziyyəti ilə bağlı fotolar paylaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, fotoqraf sarayı sonuncu dəfə 1992-ci ildə ziyarət etdiyini açıqlayıb.

O xatırladıb ki, erməni işğalına qədər Cavanşir xan sarayı ev-muzey kimi fəaliyyət göstərirdi:

"2020-ci ilin dekabrında mən Şuşaya qayıdanda şoka düşdüm. Muzey qarət olunub, binası qismən dağıdılıb. Həyətində isə donuzlar gəzir".

Milli.Az