"Volfsburq"dan "Trabzonspor"a

1 Fevral 2021 17:59

"Trabzonspor" "Volfsburq"un yarımmüdafiəçisi Yunus Mallını heyətinə cəlb edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2.5+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Türkiyə millisinin üzvü Münhenqaldbax "Borussiya"sının yetirməsidir. 2017-ci ildən "Volfsburq"da çıxış edən 28 yaşlı yarımmüdafiəçi "Maynts" və "Union Berlin"də də oynayıb.

Milli.Az