Oyun vaxtı İkardinin evi qarət olundu

1 Fevral 2021 14:41

PSJ-nin futbolçusu Mauro İkardinin evi qarət olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oğurluq PSJ-nin Fransa çempionatının 22-ci turunda "Loryan"la oyunu (2:3) zamanı baş verib.

Argentinalı hücumçunun evindən zinət əşyaları, saatlar və bəzi geyimlər götürülüb. İkardiyə 400 min avro məbləğində ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az