Alimlərdən YENİLİK: Bu xəstələri itlər iyləyəcək və...

1 Fevral 2021 21:10

Koronavirusun təsbit edilməsi istiqamətində Fransa alimləri yeniliyə imza atıblar.

Milli.Az xəbər verir ki, ölkənin Meyson-Alfort şəhərindəki baytarlıq laboratoriyasında aparılan testdə təlim keçmiş Alman itləri yeni növ koronavirus xəstələrini iyləməklə aşkarlaya bilirlər. İtlər yüzdə 95% müvəffəqiyyət göstəriblər.

Bildirilir ki, fransızlar bundan sonra koronavirus infeksiyasına yoluxmanı müəyyən etmək üçün itlərdən istifadə edəcəklər.

İtlər tər vasitəsilə virusa yoluxmuş şəxsləri müəyyən edə bilirlər. (publika.az)

Milli.Az