"Barselona"nın kapitanı Lionel Messi komandada 650-ci qolunu vurub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu yubiley qoluna La Liqanın 21-ci turunda ötən gecə "Atletik"lə görüşdə (2:1) imza atıb. O, 755-ci oyununda bu göstəriciyə çatıb. 33 yaşlı futbolçunun La Liqadakı qol sayı 456-dır.
Qeyd edək ki, Messi klub tarixinin ən çox qol vuran futbolçusudur.
Milli.Az