Norveç hökuməti vətəndaşlara yeni iqtisadi dəstək tədbirləri təqdim edib

1 Fevral 2021 19:59

Norveç hökuməti vətəndaşlar üçün 16,3 milyard Norveç kronu (təxminən 1,9 milyard ABŞ dolları) məbləğində yeni iqtisadi dəstək tədbirləri tətbiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vəsait koronavirus böhranından zərər çəkmiş gənclərin, tələbələrin, işdən azad edilmiş fəhlələrin və digər zərərçəkənlərin dəstəklənməsi üçün nəzərdə tutulub.

Biznes ictimaiyyəti üçün nəzərdə tutulan böhran əleyhinə paketdəki əsas tədbirlərdən biri kompensasiya sxeminin genişləndirilməsidir. Dövriyyənin azalmasına görə biznes sahiblərinə 4 milyard Norveç kronu ayrılacaq. Bundan əlavə, 1,1 milyard Norveç kronu tələbələrin dəstəklənməsi ilə bağlı tədbirlərə, 500 milyard Norveç kronu isə yay məktəblərinin ixtisasartırma tədbirlərinə yönəldiləcək.

Krallıq səlahiyyətlilərinin neft gəlirlərindən tədbirlərin həyata keçirməsinə yönəldəcəyi əlavə vəsaitlər dövlət büdcəsinin 18,6 milyard kron artmasına səbəb olacaq.

Xatırladaq ki, əvvəllər Norveç ölkənin bir neçə regionunda təhlükəli Britaniya ştammının kəskin yayılmasına görə pandemiyanın bütün dövrü ərzində ən ciddi koronavirus məhdudiyyətlərini tətbiq edib.

Milli.Az