Suriyanın 2 şəhərində avtomobillər partladıldı: 10 nəfər öldü, 24 nəfər yaralandı - FOTO

31 Yanvar 2021 18:39

Suriyanın Bab və Azez şəhərlərinə terrorçular hücum edib.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terrorçular içərisinə bomba yerləşdirilən avtomobilləri partladıb.

Nəticədə 10 nəfər ölüb, 24 nəfər yaralanıb.

Məlumata görə, ölkənin Zerzur bölgəsində də partlayışlar olub.

Ölü sayının artacağı narahatlıq doğurur.

Milli.Az