Anası ilə restorana gedən aktrisa cərimələndi - FOTO

31 Yanvar 2021 16:01

Türkiyəli aktrisa Şevval Şam ötən gün anası Ləman Şam ilə evlərinin yaxınlığındakı restoranda görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, koronavirus səbəbi ilə restorana getmək qadağa olunmasına baxmayaraq sənətçi buna məhəl qoymayıb.

Bu səbəbdən Şevval və anası 3185 TL (təxminən 734 manat) cərimə olunublar.

Aktrisa restorandan çıxarkən isə müxbirlərin sualına cavab verməkdən imtina edib.

Milli.Az