Dembeledən “Barselona” qərarı

31 Yanvar 2021 12:41

"Barselona"nın hücumçusu Usman Dembele karyerasını bu komandada davam etdirmək istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 23 yaşlı fransalı yaxın vaxtlarda müqaviləsinin müddətini uzatmaq istəyir. Onun özünü "Barselona"da xoşbəxt hiss etdiyi bildirilir. 

Qeyd edək ki, mediada Dembelenin "Mançester Yunayted"ə keçə biləcəyinə dair xəbərlər yayılmışdı.

Milli.Az