Almaniyada son sutkada 11 192 nəfər koronavirusa yoluxub

31 Yanvar 2021 13:53

Almaniyada son sutkada 11 192 nəfər koronavirusa yoluxub, 399 nəfər virus səbəbi ilə ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu məlumat verib.

İnstitutun məlumatına görə, Almaniyada indiyə kimi 2 216 363 nəfər infeksiyaya yoluxub, 56 945 xəstə virusla bağlı ölüb.

1,9 milyondan çox insan isə bu xəstəlikdən sağalıb.

Milli.Az