Konqresmen peyvənddən sonra koronavirusa yoluxdu

31 Yanvar 2021 11:30

ABŞ Nümayəndələr Palatasının üzvü Stiven Linç COVID-19-la bağlı peyvənd olmasına baxmayaraq koronavirusa yoluxub.

APA bildirir ki, bu barədə CBS xəbər verib.

Konqresmenin mətbuat katibi Molly Rose Tarpinin sözlərinə görə, Linçə Pfizer / BioNTech peyvəndi vurulub.

Bildirilir ki, konqresmen ABŞ Prezidenti Co Baydenin 20 yanvarda keçirilən andiçmə mərasimindən əvvəl ikinci doz peyvənd alıb.

Tarpi peyvənddən sonra siyasətçidə COVID-19 əlamətlərinin olmadığını, özünü yaxşı hiss etdiyini söyləyib. Lakin sonradan virusla bağlı verdiyi testə müsbət cavab gəlib.

Linçin karantinə alınacağını və uzaqdan işləyəcəyi bildirilib.

Milli.Az