Nigeriyada əsirlikdə saxlanılan 6 Ukrayna dənizçisi azad olundu

31 Yanvar 2021 10:25

Keçən ilin dekabr ayında Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən "Stevia" yük gəmisinin heyətindəki Ukrayna vətəndaşları sərbəst buraxılıb və onlar təhlükəsizdirlər. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İnstaqram hesabında yazıb.

"Bu gün altı ukraynalı dənizçi sərbəst buraxıldı - "Stevia" gəmisinin ekipaj üzvləri, ay yarım Nigeriyada piratların əsirliyində idilər", deyə Ukrayna prezidenti qeyd edib. 

Zelenski azad edilmiş dənizçilərin fotoşəkilini də paylaşıb.

Xatırladaq ki, keçən il dekabrın 16-da Kamerun bayrağı altında Port Harkourtdan (Nigeriya) Abidjana (Cot de İvar) üzən "Stevia" yük gəmisi Nigeriya sahillərində dəniz quldurları tərəfindən tutulmuşdu.

Milli.Az