Hərbi qulluqçumuz Kəlbəcərdə vəfat etdi - FOTO

30 Yanvar 2021 21:09

Kəlbəcərdə xidmətdə olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Siracov Fətulla Qasım oğlu vəfat edib. O, səhhətində yaranan problemə görə dünyanısını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, vəfat edən əsgərimiz bu gün Şabranın Gəndov kəndində torpağa tapşırılıb. Fətulla Siracov Prezidentin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin.

Milli.Az