Direktor olmaq istəyənlərin nəzərinə

30 Yanvar 2021 21:06

Vakant məktəb direktoru yerləri üçün müsabiqə yaxın zamanda olacaq.

Bu barədə təhsil naziri Emin Əmrullayev "Pandemiya dövründə təhsil" mövzusunda ünvanlanan sualları Feysbuk səhifəsində cavablandırarkən deyib.

O bildirib ki, zaman və keyfiyyət arasındakı düzgün balans tapılmalıdır:

"Biz də istəyirik ki, məktəblər direktorsuz qalmasın. Odur ki, bu seçimin yaxın zamanda aparılması gözlənilir".

Milli.Az