Baş redaktor saxlanıldı: Vəkili məlumat yayıb

30 Yanvar 2021 20:17

"Mediazona" xəbər portalının baş redaktoru Sergey Smirnov Moskvada saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə baş redaktorun vəkili Alan Qamazova məlumat yayıb.

Vəkilin sözlərinə görə, Smirnov hazırda Tver polis şöbəsindədir.

Baş redaktorun icazəsiz aksiyada iştiraka çağırış etməsinə görə saxlanıldığı bildirilib.

Milli.Az