Arvadı ilə arasındakı dava bitmir

30 Yanvar 2021 18:00

Aktyor Sezer İnanoğlunun keçmiş arvadı Mehtap Meral İnanoğlu haqqındakı iddialar səs-küyə səbəb olmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin sözlərinə görə xanımı ona "Qızını almaq istəyirsənsə, 5 milyon dollar verməlisən" sözünü deyib.

Mehtap Sezeri yalan danışmaqda günahlandırdı. O, övladını çox sevdiyini, keçmiş ərinin ona şər atdığını bildirib. "Sezer İnanoğlu yalançı şahidlər tapıb. İki gözündə qüsur olan övladını ifşa edib. O, öz maddi maraqlarını övladından üstün tutub. Şiddət, təcavüz, yalan danışmaq kimi iddialar irəli sürüb. Lazımi yerlərə şikayət edəcəm. Mən yaxşı anayam" deyə, Mehtab bildirib.

Milli.Az