Rusiyada koronavirusdan daha 512 nəfər öldü

30 Yanvar 2021 17:24

Rusiyada son sutka ərzində daha 19 032 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 3 832 080 nəfərə çatıb.

Son sutka ərzində 512 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 72 697 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az