Mərdəkan, Şüvəlan və Qala qəsəbələrinə qaz verilişi dayandırılıb

27 Aprel 2010 10:45
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, qaz kəmərindəki qaz sızmalarının qarşısını almaq üçün aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq "Şimal DRES" Qazpaylayıcı Stansiyasından Mərdəkan və Şüvəlan qəsəbələrinə, "Mərdəkan bağları" Qazpaylayıcı Stansiyasından Mərdəkan qəsəbəsinə gedən qaz xətlərində qazın nəqli tam dayandırılacaq.

Bundan başqa "BERZ" Qazpaylayıcı Stansiyasından qidalanan diametri 325 millimetrlik qaz kəmərindən ayrılan diametri 159 millimetr olan qaz xəttində qazın nəqli qismən dayandırılacaq. Həmin müddət ərzində Mərdəkan, Şüvəlan və Qala qəsəbələrinin müəyyən hissələrində təbii qazın verilişində fasilə yaranacaq.

Milli.Az