Ermənistanda ölənlərin sayı 3071 nəfərə çatdı

30 Yanvar 2021 15:35

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 173 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 901, ölənlərin sayı isə 3071 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 157 314 nəfərin sağaldığı bildirilir.

Milli.Az