Bayden onu yenidən vəzifəyə gətirdi

30 Yanvar 2021 14:56

ABŞ Prezidenti Co Bayden eks-lider Barak Obamanın xarici siyasət mütəxəssisi Robert Mellini İran üzrə xüsusi elçi təyin edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

O, Mellinin Obama dövründə məsləhətçi olaraq çalışdığını və İranla nüvə razılaşmasının memarlarından biri olduğunu vurğulayıb

Milli.Az