“Qalatasaray”dan İngiltərəyə

30 Yanvar 2021 13:15

"Qalatasaray"ın hücumçusu Mbaye Dyan icarə qaydasında "Vest Bromviç"ə keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı xəbər yayıb. 29 yaşlı seneqallı ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Mbaye bu mövsüm "Qatalasaray"da 18 oyunda meydana çıxıb, 11 qol vurub.

Milli.Az