Ömər aşırımında qəzada Azərbaycanın iki hərbçisi həlak oldu

29 Yanvar 2021 17:45

Azərbaycan Ordusunun hərbi qulluqçuları avtomobil qəzasına düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gün Ömər aşırımında qeydə alınıb.

Qəza nəticəsində iki hərbi qulluqçu - Ramiz Mustafayev və Alıxan Qaragözov həlak olub.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Milli.Az