"Tofiq Bəhramov mükafatı” təsis olundu

29 Yanvar 2021 18:14

AFFA-nın İcraiyyə Komitəsi "Tofiq Bəhramov mükafatı" təsis olunması ilə bağlı qərar qəbul edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı bugünkü videokonfrans formatında keçirilən iclasda məlumat verilib.

Mövsüm ərzində fərqlənən hakimlərə "Tofiq Bəhramov mükafatı" təqdim olunacağı bildirilib.

Milli.Az