Rusiya Yuşşenko ilə Timoşenkonu barışdırdı

27 Aprel 2010 10:40
Yuşşenkonun mətbuat katibi İrina Vannikova "Ukrainskaya pravda"ya bildirib ki, Yuşşenkonun lideri olduğu "Bizim Ukrayna" ölkənin bütün siyasi və ictimai təşkilatlarını Qara dəniz donanmasına dair Kiyevlə Moskva arasında əldə edilmiş yeni razılaşmanın ratifikasiyasına imkan verməməyə çağırıb. Bu məqsədlə bütün qüvvələr Ali Radanın qarşısına toplaşmağa dəvət olunub.

Xatırladaq ki, bu günlərdə Rusiya və Ukrayna prezidentləri Dmitri Medvedevlə Viktor Yanukoviç donanmanın daha 25 il müddətinə Ukraynada qalması haqda razılıq əldə edib.

"Bu məsələ ilə əlaqədar Yuşşenko ilə Timoşenko arasında da görüş olub. Onlar bu istiqamətdə birgə mübarizə aparılmasını müzakirə ediblər", - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, yeni razılaşmaya etiraz edən qüvvələr bu gün mitinq keçirmək niyyətindədir.

Milli.Az